"Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzanlanmalıdır, bunun üçün tarixi şərait yetişib, Azərbaycan öz ərazi bötövlüyünü tam təmin edib, "qondarma rejim" yox olub, "liderləri" həbs edilib - 35 illik münaqişənin bundan yaxşı bitməsini heç təsəvvür də edə bilməzdik".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Prezident İlham Əliyev bir neçə dəfə Ermənistanın ərazi bötövlüyünü tanıdığımızı bəyan edib və doğru olan da budur: "Azərbaycan və Türkiyə Qranada görüşünə haqlı səbəblərlə getmədilər. Ola bilər ki, Rusiya hər hansı bir sənədin imzalanmasını özünün iştirakı ilə olmasını istəyib, 13 oktyabrda Bişkekdə MDB sammitidir, Putin ora gələcək. Əgər Paşinyan da gəlsə, sülh sənədinın ilk addımı orda imzalana bilər - bu da olar bizim son hadisələrdə Rusiyanı urvatsız etdiyimizin, bölgədən çıxarımasının təməlimi yaratdığımızın kompensasiyası olsun".
N.Cəfərli vurğulayıb ki, sülh sazişinin harada imzalanmasının bizim üçün fərqi yoxdur: "Bizim üçün nə fərqi var sənəd harda imzalanacaq?! Heç anqlo-sakslar üçün də bunun fərqi yoxdur, onların da sevmədiyi iki fransız, Makron və Mişelin iştirakı ilə imzalanma olmaqdansa (ABŞ və Britaniya bu formatda yoxdur) elə Bişkekdə imza atılsa yaxşıdır. Onlara Azərbaycan və Ermənistan arasında qalıcı sülh lazımdır ki, əsas məsələ - İran məsələsi həll olunanda bu iş əl-ayağa dolaşmasın".
Nərgiz,
Sitat.info