Nigeriyanın Plato ştatında mədəniyyət festivalı zamanı silahlıların hücumu nəticəsində 10 nəfər ölüb, daha 19 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə NAN agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Ölkənin ictimai kommunikasiyalar üzrə milli katibi Lourens Zanqo hücumun yeni kənd təsərrüfatı mövsümünün başlanğıcını qeyd edən “Zerreni” festivalı zamanı baş verdiyini söyləyib.
Yaralıların hamısı hazırda xəstəxanalardadır və onlara tibbi yardım göstərilir.
Zanqo hücumu pisləyib, hadisəni "kədərli və acınacaqlı" adlandırıb. O, həmçinin hökuməti, təhlükəsizlik qurumlarını və beynəlxalq ictimaiyyəti xalqın köməyinə gəlməyə, onlara dəstək verməyə və silahlıların davamlı hücumları nəticəsində yaranan humanitar problemləri həll etməyə çağırıb.