Ekvadorun cənubundakı Kuenka şəhərində yerləşən həbsxanada baş verən toqquşmalar nəticəsində 20 nəfər öldürülüb.
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti tviterdə məlumat yayıb.
"20 ölü Kuenka Məhkəmə Tibb Mərkəzinə gətirilib. Vətəndaşlardan rəsmi kanallar vasitəsilə məlumat almalarını xahiş edirik", - xəbərdə deyilir.
Toqquşmalar zamanı azı 10 məhbus da yaralanıb, 52 nəfər isə həbsxanadan qaçmağa müvəffəq olub. İlkin ehtimala görə, qarşıdurmalara səbəb müxtəlif cinayətkar qrupların nümayəndələri arasında rəqabət olub. Hazırda polis cəzaçəkmə müəssisəsində asayişin bərpası istiqamətində iş aparır, əməliyyatda 200-dən çox hərbçi də iştirak edir.