Vahid Əhmədov: "Qubada villaları var, gedəndə o yolu görmürlər!"

11:45 5 Aprel 2022

“Azərbaycan hökumətinin hesabatı parlamentdə müzakirə olunarkən Bakı-Quba yolu ilə bağlı məsələnin həllinin tapması ilə bağlı məsələ qaldırdım”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Baş nazir və digər şəxslərlə həmin iclasdan sonra da görüşüb: “Bir daha bu tribunadan Baş nazirə müraciət edirəm ki, ya yolun təmiri, ya da alternativ yolun çəkilməsini təmin etsin. Mən Qubada idim, sakinlər artıq bu yoldan istifadə edə bilmirlər. Ümumiyyətlə, istər Baş nazirin, istər Baş nazirin müavinlərinin, digər nazirlərin Qubada villaları var. Onlar gedəndə o yolu görmürlərmi? Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələlərin həlli mümkündür. Yəni bu yolun təmiri üçün göstəriş verə bilərlər”.



Xəbər xətti