"Asan xidmət" əməkdaşını qaçıran şəxs həbs olunub

12:05 5 Aprel 2022

Ağcabədidə "Asan xidmət" əməkdaşını qaçıran şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan APA -nın sorğusuna cavab olaraq bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mart 7-də Ağcabədi rayonu ərazisində qohumu T.İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb.

Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Xəbər xətti