ADY bu istiqamətdə reyslərin sayını artırır

16:04 23 Oktyabr 2023

Bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Məlumata görə, 8, 9, 10, 11, 12 noyabr tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Bildirilib ki, noyabrın 4-ü iş günü hesab olunduğundan həmin günə olan reys ləğv edilib. Əvəzində isə noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunub.



Xəbər xətti