Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı

16:45 23 Oktyabr 2023

Bu gündən II-XI sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılıb.

Sitat.info xəbər verir ki, şagirdlərin yerdəyişməsi prosesi bu portal vasitəsilə həyata keçiriləcək.

Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23 – 31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi vasitəsilə aparılacaq.



Xəbər xətti