“Sputnik V” peyvəndi yeni ştammla mübarizədə effektivliyini itirib, indi yenisi hazırlanır.
Sitat.info xəbər verir ki, Qamaley Mərkəzinin direktoru Aleksandr Ginzburq deyib.
“2023-cü ilin yanvarında omikronun XBB.1.5 versiyası ortaya çıxanda “Sputnik” müdafiəni tamamilə dayandırdı”, - Ginzburq bildirib.
Onun sözlərinə görə, “Sputnik V”nin ilkin variantı ilk iki ildə effektli oldu, lakin 2022-ci ilin yayında yeni ştamların ortaya çıxmasından sonra peyvəndin təsiri düşməyə başladı.