“Əgər mülki obyekt, yaşayış binası, xəstəxana, məktəb və s. düşmən tərəfindən müdafiə və ya atəş məqsədi ilə istənilən hərbi məqsəd üçün istifadə olunursa, bu zaman həmin obyekt legitim hədəfə çevrilir”.
Bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.
O bildirib ki, əks tərəfin həmin obyekti sıradan çıxarması müharibə cinayəti sayılmır:
“Bütün bunlara baxmayaraq, Azərbaycan nə 44 günlük müharibədə, nə də 23 saatlıq antitteror tədbiri zamanı ermənilərin hərbi məqsədlər üçün istifadə etdiyi mülki obyektləri məhv etmədi. Baxmayaraq ki, bu, bizim ordunun ərazilərimizi azad etmək istiqamətindəki hərbi əməliyyatlarına və ya antiterror tədbirini uğurla başa çatdırmağa ciddi mane olurdu”.