Çox yox, 3 il bundan əvvəl olsaydı İsrail dərhal Qəzza bölgəsinə daxil olmuşdu. Heç orduya da ehtiyac duymazdı, polis quru əməliyyatı kifayət idi. Fələstinlilərin İsrailə ən çox itki verdiyi hərbi əməliyyatından sonra 10 gündən çox vaxt keçsə belə, sionist işğalçı dövlət hələ də quru hərbi əməliyyata başlamayıb. Baxmayaraq ki, Hitlerin layiqli davamçısı Netanyahu hədəf olaraq HAMAS-ın məhv olmasını göstərmişdi. Amma nədənsə HAMASı məhv etməyə tələsmirlər, çünki yaxşı bilirlər ki, daha qarşılarına əlində daş ya raqatka ilə ayağıyalın ərəb yeniyetmələr çıxmayacaq, əllərində öldürücü silah olan ərəb mücahidləri qarşılarında duracaq...".
Sitat.info-ya bu sözləri siyasi şərhçi Əhəd Məmmədli deyib.
O bildirib ki, İsraildə hələ 2006-cı il də, Cənubi Livanda, Hizbullah qarşısında aldıqları uğursuzluğu unutmayıblar: "Ona görə də köməyə ABŞ gəlib. Çünki HAMASa qarşı quru əməliyyatda növbəti uğursuzluğa duçar olacaqlarından qorxurlar. Hətta İsrail tərəfindən çıxış edən bəzi əcnəbi ekspertlər belə, Qəzzaya quru əməliyyatın İsrail üçün tələ olacağını bildirirlər".
Ə.Məmmədli hesab edir ki, bu müharibə Netanyahunun sonu ola bilər: "Nazi Netanyahu hədəfin HAMASın tam məhv olmasıdır deyir... Dediyini etməsə, ya da edə bilməsə bu müharibə İsrail və şəxsən Netanyahu iqtidarı üçün uğursuzluq kimi qiymətləndiriləcək. HAMASı tam məhv etmə operasyonu, İsrailin sonunun əvvəli ola bilər. Netanyahunun siyasi sonuna az qalıb".
Ayna,
Sitat.info