"Sevimli dad"ın məhsulundan şüşə çıxdı - VIDEO

17:11 24 Oktyabr 2023

Jurnalist Mətanət Hüseynova  "Sevimli dad" mağazalarından şikayətçidir. O, bu gün paylaşdığı videoda bildirib ki, "Sevimli dad"ın Əhmədli filialından keçən həftə aldığı qatıqdan şüşə çıxıb.

"Hər zaman "Sevimli dad"dan alış-veriş edirəm. Ona görə qəbzi xüsusi saxlamamışdım. Yarısı cırılmış qəbzi götürüb getdim mağazaya. Mağaza əməkdaşları qəbzin yarısının olmadığını bəhanə edib yaxalarını kənara çəkdilər . Lakin təsəvvür edin, mən onu oğluma versəydim və o şüşə onun boğazına getsəydi, olacaqlarda kim idi təqsirkar? Evə qayıdıb istehsalçı firmanı araşdırdım - "Şirin inək" deyə ne bir səhifə, ne bir firma ilə qarşılaşdım. Qeyd etdikləri nömrəyə də zəng çatmır. Balonun dibindəki şüşə hetta balonun öz materialından da deyildi, haradan düşüb, necə düşüb, bilmirəm. Amma məsuliyyəti böyükdür. Bele bir firma  - "Sevimli Dad" bir çox iri marketlərə necə ayaq açıb, o da sual doğurur. Məncə bunu ciddi şəkildə araşdırmağa ehtiyac var. Çünki əsaslı qida pozuntularına yol verildiyi açıq- aşkar görünür".

 M.Hüseynova sonda Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. 

Məğrur,

Sitat.info



Xəbər xətti