Nikolayevin atəşə tutulması zamanı ölənlərin sayı 12-yə yüksəlib

20:16 5 Aprel 2022

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Bu barədə ölkənin Baş Prokurorluğu teleqram kanalında məlumat yayıb.

Bundan başqa, 41 nəfər yaralı var.

Faktla bağlı müharibə qanunlarını pozma, qəsdən adam öldürmə ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, aprelin 4-də Rusiya ordusu Nikolayevə kasetli mərmilər atıb, evləri, xəstəxanaları, uşaq bağçalarını və məktəbləri atəşə tutublar."Report"



Xəbər xətti