Bu gün, axşam saatlarında İrəvanın mərkəzindəki Opera Teatrının qarşısında aksiya başlayıb.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, Azadlıq meydanında keçirilən mitinq “Ermənistan” və “Mənim namusum var” bloklarının, parlament müxalifətinin təşəbbüsü ilə baş tutub.
Erməni mediası xəbər verir ki, aksiyaya bir sıra siyasi qüvvələr, müxalif ictimai xadimlər qoşulub. Kütləvi aksiyanın təşəbbüskarları vətəndaşları, “ölümcül təhlükə altında olan Qarabağ və Ermənistanın müdafiəsinə qalxmağa” çağırır.
Mitinqdə eks-prezident Serj Sərkisyan çıxış edib. Aksiya liderlərin 6 apreldə keçiriləcək Brüssel görüşünə qarşı təşkil olunub.