Azərbaycanda şirkət sahibinin meyiti tapılıb

13:00 7 Aprel 2022

Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.

Report-un Muğan bürosunun məlumatına görə, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.

Hələlik onun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti