Çernobıl Atom Elektrik Stansiyasına ən yaxın ərazilərdən biri olan Qırmızı Meşədə çəkilmiş yeni görüntülər ortaya çıxıb. Rus əsgərlərinin geri çəkildiyi meşə ərazisində və atom elektrik stansiyasından cəmi 500 metr aralıda tərk edilmiş hərbi istehkamlara, boş çuxurlara və xəndəklərə baxış keçirilib.
Ukrayna Ordusunun yaydığı dron görüntülərində Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığındakı radioaktiv qadağa zonasında tərk edilmiş Rusiya hərbi mövqeləri görüntülənib. Qırmızı Meşə kimi tanınan ərazidə tərk edilmiş hərbi istehkamlar, boş çuxurlar və səngərlər aşkarlanıb. Fotolarda həmçinin bütün Çernobılın qadağa zonasında ən çirklənmiş ərazi hesab edilən meşədə tankların izləri və ciddi şəkildə deqradasiyaya uğramış torpaqlar var.
Ukrayna rəsmiləri sözügedən görüntülərin Rusiyanın törətdiyi hərbi cinayətlərə dəlil olduğunu və yalnız qatil dövlətin öz əsgərlərinin həyatını riskə ata biləcəyini bildirib.
Ukrayna hərbçiləri tarixdə ən böyük nüvə fəlakətinə məruz qalmış Çernobıl İstisna Zonasının ən çirkli hissəsi olan Qırmızı Meşədə rus qoşunlarının qazdığı xəndəkləri aşkar edən dron görüntülərini paylaşıb. Bu ərazi "Qırmızı Meşə" adını onlarla kvadrat kilometrlik sahədə şam ağacının 1986-cı ildə dəhşətli nüvə fəlakəti olan Çernobıl partlayışında radiasiyanı udduqdan sonra qırmızıya çevrilməsi ilə almışdır.
Ukrayna Ordusu Twitter-də paylaşdıqları videonun Rusiyanın hərbi cinayətlərinə dəlil olduğunu qeyd edərək, "Rusiya komandanlığı 2022-ci ilin mart ayında öz əsgərlərinə radioaktiv Qırmızı Meşədə Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında istehkamlar qazmağı əmr etdi. İnsan həyatına, hətta öz əsgərlərinin həyatına laqeydlik yalnız qatil dövlətin edə biləcəyi bir şeydir."
Nərmin,
SİTAT.İNFO