Bakıda DƏHŞƏT: Yeni evlənən şirkət rəhbəri özünü qalstuku ilə asdı -FOTO

18:30 7 Aprel 2022

Bakıda intihar hadisəsi olub.

SİTAT.İNFO lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. 35 yaşlı Məlikov Vüsal Afət oğlu “Həzi Aslanov” metrostansiyası yaxınlığındakı evində qalstuku ilə özünü asaraq həyatına son qoyub.

Qeyd edək ki, əslən Salyan rayonundan olan V. Məlikov Bakıda fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibidir.

O, Azərbaycan şirkətlərindən birinin Monteneqroda layihə rəhbəri də olub.

Mərhumun 5 ay öncə ailə həyatı qurduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti