"Sərhəddəki görüşdən nəticə çıxmayacaq, amma davam etmək lazımdır" - Politoloq

15:56 30 Noyabr 2023

"Azərbaycan və Ermənistan baş nazirlərinin sərhəd mövzularını müzakirə etmək məqsədilə növbəti görüşünü faydalı hesab etmək olar. Aydındır ki, bir görüşdən və ya görüşlər seriyasından nəticə çıxmayacaq. Bütün hallarda bu prosesi davam etdirmək lazımdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O  bildirib ki, ümumiyyətlə Ermənistanı mümkün qədər daha çox birbaşa görüşlərə və müzakirələrə cəlb etməyə ehtiyac var: "Bu yolla həm Ermənistanla razılaşmaya yaxınlaşmaq olar, həm də Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırmaq mümkündür. Çünki əgər iki tərəf daimi müzakirələr aparırsa, üçüncü tərəf bu müddətdə birtərəfli mövqeyi ilə vəziyyəti gərginləşdirməkdən çəkinmək məcburiyyətindədir".

Məğrur,

Sitat.info

 



Xəbər xətti