Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi Ankaraya səfərə dəvət edib.
Bununla bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, diplomatiyada belə bir qayda var ki, əgər liderlərdən biri digər ölkəyə səfər edirsə və bu səfər uzun müddətdən sonra baş vermiş səfərdirsə, adətən, həmin ölkənin liderini öz ölkəsinə də dəvət edir. Buna görə də Ərdoğanın Miçotakisi Türkiyəyə dəvət etməsi normaldır və bu etik nüansdır
K. Novruzov düşünür ki, Miçotakis Türkiyəyə gedəcək: "Ərdoğanın Yunanıstana səfəri, eyni zamanda Miçotakisin Ankaraya ehtimal olunan səfəri Afina-Ankara arasında gərginliyin azalmasına müsbət təsir edəcək. Bu sadəcə iki dövlətin maraqlarına hesablanmış məsələ deyil. Həm də Balkanlarda sülh və sabitliyin təmin olunmasına xidmət edəcək addımdır. Eyni zamanda Qərbin, xüsusilə ABŞ-ın Balkan yarımadası ilə bağlı planlarının puça çıxması deməkdir. Türkiyə ABŞ-ın oyunlarını pozur. Maraqlıdır ki, ABŞ-ın bütün cəhdlərinə baxmayaraq Yunanıstan da soyuqqanlı davranır və heç bir münaqişə yaratmır. Əgər hər hansı bir münaqişə yaransa, iki dövlətin də NATO-ya üzv olduğunu nəzərə alsaq nəticədə NATO daxilində parçalanma yarana bilər. Bununla da gələcəkdə dünyanın təhlükəsizliyinə təhdid meydana gələrdi.
Uğur Hüseyn
Sitat.info