Azərbaycanda həkimi diplomu ilə ŞANTAJ ETDİLƏR

18:40 8 Aprel 2022

Azərbaycanda diplomsuz həkim şantaj olunub.

SİTAT.İNFO Lent.az-a istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən “Kristal Dent” klinikasının həkimi Türkan İbrahimova polisə müraciət edərək, şantaj olunduğunu bildirib. Belə ki, Amil adlı şəxs klinikada yoxlama aparıldığını bildirərək, onun diplomunun olmaması barədə akt tərtib etməməsi üçün 10 min manat pul tələb edib.

T.İbrahimovanın şikayəti əsasında keçirilən tədbirlər nəticəsində onu şantaj edən şəxsin Amil Əliyev olması müəyyən edilərək, saxlanılıb.Faktla bağlı araşdırmalar aparılır.



Xəbər xətti