"Bu yaxınlarda epidemioloji vəziyyətin gedişatından asılı olaraq COVID-19 pasportu və maska tələbi ləğv oluna bilər”.
SİTAT.İNFO xəbər verir ki,bu sözləri Baku.ws-ə açıqlaması zamanı tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O əlavə edib ki, əgər proses ağırlaşmazsa, əlavə dalğa yaranmazsa, SARS-CoV-2 virusu mutasiya olunaraq zəifləmək istiqamətində davam edərsə, bu qadağalar aradan götürülə bilər:
"Azərbaycanda COVID-19 pasportu və maska tələbinin aradan qaldırılması müvafiq strukturlar tərəfindən həll olunur. Mövcud tələblərin ləğvi məhz Nazirlər Kabineti yanında Operativ Qərargahdan asılıdır. Ümumiyyətlə epidemioloji vəziyyət nəzərə alınaraq bu barədə qərar verilir.
Bütövlükdə pandemiyanın və karantinin ləğvi yalnız Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın sonra çatması barədə raportundan sonra mümkün ola bilər”.