Təbrizdə Muğam festivalı keçiriləcək

16:23 25 Dekabr 2023

2024-cü ilin fevral ayının 20-24 tarixlərində Təbrizdə Muğam musiqi festivalı keçiriləcək.

Sitat.info xəbər verir ki, bunu Təbriz Şəhər Şurasının Mədəniyyət Komissiyasının başçısı Qulamrza Əhmədi deyib.

Onun sözlərinə görə, festivalda 9-17 və 18-40 arası yaş qruplarına mənsub şəxslər iştirak edəcəklər.

Əhmədi festivalda iştirak edən sənətçilərin hamısının yerli və ənənəvi geyimdə çıxış etmələrinin şərt olduğunu deyib.



Xəbər xətti