Ukraynada Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunin öldürülüb.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə “InformNapalm” beynəlxalq könüllülər birliyi və Rusiyanın təbliğat nəşrlərindən bildirilib.
O, Samaranın hərbi komendantı olub, həmçinin Çeçenistan və Suriyada döyüşüb.
Xatırladaq ki, daha əvvəl Rusiya ordusunun daha bir yüksək rütbəli zabiti, motoatıcı batalyonun komandiri, mayor Ruslan Petruxin zərərsizləşdirilmişdi.