Burkina-Fasonun Sanmatenga rayonunda hərbçilər terrorçuların hücumuna məruz qalıb.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, hücum zamanı 12 əsgər və orduda könüllü xidmət edən 4 mülki şəxs həlak olub, 21 hərbçi isə yaralanıb.
Qeyd edək ki, ölkənin şimal və şərq bölgəsi 2015-ci ildən bəri İŞİD və Əl-Qaidə terrorçularının hücumlarına məruz qalır.