İranın terror olayına gözlənilən CAVABI: ABŞ və İsraillə qarşıdurmaya gedəcəkmi?

15:23 4 Yanvar 2024

"İranın hakim dairələri və güc strukturları Kerman şəhərində baş verən qətliama cavab aksiyasının miqyası və ünvanı barədə düşünürlər. Ancaq bundan əvvəl terror aksiyasının hansı qüvvəyə və ölkəyə bağlılığı aşkar edilməlidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, ABŞ və İsrailin adını hallandırmadan əvvəl partlayıcı maddənin harada hazırlandığı və İran ərazisinə neçə keçirildiyi (İranın içində də hazırlana bilər) müəyyənləşdirilməlidir: "İrandakı bəzi dairələr son illərdə bəzi olaylarda əsassız olaraq Azərbaycanın adını hallandırıblar, guya bəzi dövlətlər ərazimizdən İrana qarşı istifadə ediblər. Oxşar ittihamlarının heç bir əsası yoxdur. Çünki Azərbaycanla İran arasında quru sərhədi bağlıdır. İran ABŞ və İsraillə birbaşa qarşıdurmadan hər zaman çəkinib, onlara qarşı mübarizədə müxtəlif dövlətlərdəki dəstək verdiyi qruplardan istifadə edib. Bu həssas məqamda biz də təhlükəsizlik tədbirlərini artırmalıyıq".

Nərgiz,

Sitat.info



Xəbər xətti