Ukraynalı hərbçi Mariupolda ruslara əsir düşməmək üçün özünü partladıb.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, hərbçi ağır yaralanıb və mühasirəyə düşüb. Düşmənin əlinə keçməməsi üçün üzərindəki radiostansiya ilə birlikdə özünü partladıb.