İranda narazı fəhlələr etiraza qalxdı: polis müdaxilə etdi
Tehranda "Kian Taer" şirkətinin fəhlələri Prezident Administrasiyasının önündə şirkətin müdiriyyətinin korrupsiya əməllərinə, səriştəsizliyinə, maaşlarının azaldılmasına və qeyri-müəyyən iş vəziyyətinə etiraz ediblər.
Sitat.info İran mediasına istinadən xəbər verir ki, xüsusi polis dəstələri fəhlələrə hücum çəkib və qarşıdurma yaşanıb.