Xankəndidə sahibkarlıqla məşğul olmaq istəyən 107 fiziki və hüquqi şəxs müraciət edib

14:00 30 Yanvar 2024

Anti-terror əməliyyatı nəticəsində işğaldan azad olunmuş, o cümlədən Xankəndi şəhərində sahibkarlığın inkişafı ilə bağlı biz sahibkarlıq subyektlərinə müraciət etmişdik.

Sitat.info xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəsi Mətin Eynullayev deyib.

O bildirib ki, bu günə qədər ümumilikdə 107 mülki və fiziki şəxsin müraciəti daxil olub.

"Biz sahələri 3 əsas istiqamətə şərti olaraq bölmüşük. Birinci istiqamət - həyat təminedici sahələrdi: ticarət, ictimai-iaşə, məişət xidməti, yanacaq doldurma və s. Bu istiqamətdə iki yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb", - o deyib.



Xəbər xətti