“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Jerusalem Post” yayıb.
İsrail tərəfi hadisənin fələstinlilər tərəfindən törədildiyini iddia edir. Bildirilir ki, hücum zamanı türbə ilə yanaşı, onun üzərindəki çılçıraq, kənarda olan su çəni də dağıdılıb. Hadisənin bu həftəsonu baş verdiyi qeyd olunub.
İsrail hökuməti türbəyə dəyən zərəri tez bir zamanda aradan qaldırmaq üçün hər cür səy göstərəcəyini bildirib.