Livanın cənubunda yerləşən Bənaful şəhərində partlayış baş verib.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, partlayış "Əməl" hərəkatının ölkənin cənubundakı Sayda şəhərində yerləşən qərargahlarından birinin yaxınlığında meydana gəlib.
Partlayış nəticəsində azı 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.