Cənubi Afrikada leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, fəlakət nəticəsində evlər, körpülər və yollar dağılıb, limanda gözləyən konteynerlər aşıb.
KvaZulu-Natal ştatında ən azı 45 nəfərin öldüyü bildirilir.
Xeyli sayda avtomobilin sel suları tərəfindən aparıldığı əyalətdə axtarış-xilasetmə işləri davam edir.