Ağdamda tövlənin dirəklərinin aşması nəticəsində 47 yaşlı kişi xəsarət alıb.
SİTAT.İNFO Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Orta Qərvənd kəndində olub.
Güclü külək tövlənin beton dirəklərini Şaiq Məmişovun üzərinə aşırıb. O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, güclü külək rayonda digər fəsadlar da törədib. Dəymiş ziyanın həcmi araşdırılır.