"İsmayıllı rayonunda 18 kənd sürüşmə riski nisbətən yüksək olan ərazidə yerləşir".
APA xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov bildirib.
O qeyd edib ki, İsmayıllının 30-a yaxın kəndindən şəhərlərə miqrasiya olub, rayonda hətta bir neçə ailənin yaşadığı dağ kəndləri var: “İqlim dəyişmələri və əlaqədar təbii proseslər insanların miqrasiya etməsinin əsas səbəblərindən biridir”.