Ukrayna silahlıları Donetskdə bəndi minalayıblar, partlayış olarsa, ən azı üç yaşayış məntəqəsi su altında qala bilər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib.
“Partlayış baş verərsə, Svetlodarsk şəhəri, Mironovski, Luqanskoye kəndləri və ümumi əhalisi 15 min nəfərdən çox olan bir sıra digər kəndlər mümkün daşqın zonasında olacaq”, - Mizintsev qeyd edib.