ABŞ hökuməti “Lazarus Group” haker qrupuna sanksiya tətbiq edib.
APA -nın xəbərinə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Vaşinqton bu qrupun Şimali Koreya ilə əlaqəsi olduğunu iddia edir.
Qeyd edək ki, ABŞ kəşfiyyatı ötən ay 620 milyon dollar kriptovalyutanın ələ keçirilməsində Şimali Koreya ilə əlaqəli haker qrupunu ittiham edib.
MKİ-nin məlumatında göstərilir ki, Lazarus və APT38 adlı qruplar KXDR-lə sıx əlaqədardır. Hakerlər vəsaiti ələ keçirmək üçün onlayn oyunlardan istifadə ediblər.
ABŞ hərbi kəşfiyyatı bildirir ki, Şimali Koreyanın “121-ci büro” adlı haker qrupu həm ölkə daxilində, həm də xaricdə işləyir. Qriupun hazırda 6 mindən çox üzvü var. Ümumiyyətlə, Şimali koreyalı hakerlər ötən il 400 milyon dollardan çox vəsaiti öz hesablarına keçirə biliblər.