Bu ay Tərtər və Zəngilanda 2 nəfər minaya düşüb

09:47 15 Aprel 2022

Bu ay Tərtər və Zəngilan rayonlarında 2 nəfər minaya düşüb.

Report- un xəbərinə görə, bu barədə İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib.

Qeyd edilib ki, aprel ayı ərzində Tərtər və Zəngilan rayonları ərazisində 1 nəfər mülki, 1 nəfər hərbiçi olmaqla 2 nəfər mina partlayışından xəsarət alıb.



Xəbər xətti