Rusiya sülhməramlı kontingenti Qarabağı bu tarixdə tərk etməlidir: İlham İsmayılın təhlili

22:30 4 Aprel 2024

Qarabağda Rusiyanın hərbi kontingentinin bəlkə də bizim üçün uyğundur. Yadınızdadırsa, ermənilərin Qarabağdan kütləvi köçü zamanı Qərbdən arabir belə məslələlər səslənirdi ki, 

Qarabağ erməniləri beynəlxalq qüvvələrin hərbi kontihgentinin təhlükəsizlik qarantı ilə geri qaytarılsın. Rusiya isə deyib ki, burdayıq, lazım gəlsə, o qarantı biz verə billirik. Ancaq perpestivdə Rusiya hərbi kontigentinin 2025-ci ilin noyabr ayına qədər vaxtı var. Biz tonqal yandırırıq orada, bayrağımızı ucaldırıq, idman yarışları keçiririk, yəni bizə xüsusi bir narahatçılıq yoxdur. Ona görə də biz təmkinlə yanaşıb, 2025-ci ili gözləməliyik".

Bu sözləri Sitat.info-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib.

İ.İsmayıl bildirib ki, Qarabağda olan Rusiya hərbi kontingentinin bizim üçün hər hansı maneə və təhlükəsi yoxdur:

"Bu gün Rusiya hərbi kontingentinin Qarabağda qalması, onların minatəmizləmə məsələlərinə cəlb olunmasına normal yanaşmaq lazımdır. Bü gün onlar bizə mane olmur və strateji cəhətdən perspektivdə elə bir ciddi maneçiliyi yoxdur".

 

"Yadınızdadırsa, iki ay əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Ermənistandakı səfir Sergey Kopırkin, hətta Zaxarova da müəyyən dəstək verdi ki, Qarabağ ermənilərinin geri qaytmasının ən yaxşı vasitəsi elə Rusiya hərbi kontingentidir. Yəni, Qarabağa qayıtsınlar, biz rus hərbi kontingemti onların təhlükəsizliyinə qarant verəcək. Yeri gələndə bu cür təbliğat apara bilirlər, amma əsas odur ki, Qarabağ erməniləri qayıtmaq istəmirlər. Ümumiyyətlə, minatəmizləmə məsələləri və Rusiya hərbi kontingentinin bizim üçün hər hansı maneə və təhlükə deyil".

Məğrur,

Sitat.info

 



Xəbər xətti