44 günlük vətən müharibəsində şəhid olan Elvin İsmayılovun atası Arif İsmayılov SİTAT.İNFO-ya üz tutaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan şikayətçi olub.
Arif İsmayılov deyib ki, ümumilikdə dövlət başçısının şəhid ailələrinə diqqət və qayğısından razıdır. Amma yaşadığı Sumqayıt şəhərində icra hakimiyyətinə müraciət edərək 100 kvmtrlik torpaq sahəsi istəsə də, Zakir Fərəcov bunu şəhid atasına çox görüb.
Bütün müraciətlərinin Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərildiyini deyən A.İsmayılov deyir ki, son olaraq Zakir Fərəcov onu qəbul edib və yanındakı işçilərin., digər şikayətçilərin gözü önünüdə üstünə çığıraraq alçaldıb. İcra hakimiyyətinin nəzdində torpaq sahələrinin olmadığını deyərək, şəhid atasını demaqoqluqda ittiham edib.
Daha ətraflı təqdim etdiyimiz videodan şəhid atasının öz dilindən eşidə bilərsiniz.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.