Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətində daşqın nəticəsində həlak olanların sayı 395 nəfərə yüksəlib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin ən güclü zərbəsi 355 nəfərin həyatını itirdiyi İtekvini bələdiyyə dairəsinə dəyib. Dairənin inzibati mərkəzi olan Durban şəhərində yerləşən limanının işi pozulub. Son 60 ilin ən güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində şəhərdə və onun ətrafında körpülər, yollar su altında qalıb, qatarların hərəkəti dayanıb.
Əyalətdə axtarış-xilasetmə işləri davam etdirilir.