İstanbulda zəncirvari qəza: yaralılar var

19:00 15 Aprel 2022

Türkiyənin İstanbul şəhərini Esenyurd rayonunun Trans-Avropa magistralında zəncirvari qəza baş verib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, hadisə zamanı 9 avtomobil toqquşub.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası və polis cəlb edilib.

İlkin məlumatlara əsasən, qəza nəticəsində azı 6 nəfər xəsarət alıb. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.



Xəbər xətti