“Siqaret monopolisti, içki monopolisti, dərman monopolisti Milli Məclisdə oturub” – Gənc alimdən canlı efirdə sərt çıxış
Sitat.info xəbər verir ki, bu sözləri şəhid qardaşı, gənc alim Elyar İslamoğlu sitat tv-nin canlı efirində söyləyib. Gənc alim bahalaşmanın əsas səbəbini monopoliya ilə əlaqələndirib: “Elə millət vəkilləri var ki, Milli Məclisdə bahalaşmadan, monopoliyadan danışır. Özlərini araşdırsaq, hərəsi bir sahəni monopoliyaya alıb, ən böyük monopolist özləridir. Yuxarıda oturan yüksək vəzifəli məmurlardır. Əgər sahibkarlara normal işləməyə imkan versələr, onlara “tas” qoymasalar, hər şey normala qayıdar.