Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində görkəmli rus şairi A.S.Puşkinin (1799–1837) anadan olmasının 225 illiyi münasibətilə “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək.
Kult.az xəbər verir ki, layihə çərçivəsində ilk dəfə iki ölkənin – Azərbaycan və Rusiyanın incəsənət ustaları birgə çıxış edəcəklər. Rusiyalı vokal ifaçısı, beynəlxalq müsabiqələr laureatı Aleksandr Suxanov (bariton), Azərbaycanın əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərovun (kontratenor) ifaları təqdim olunacaq.
Qeyd edək ki, layihənin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi pianoçu Yuliya Kərimovadır.