"Cənab ailə blogerləri! Ailə, cütlük blogerlərinədi sözüm, səhifənizin böyüklüyü ilə, müxtəlif vasitələrlə əldə etdiyiniz reklamlarla "xoşbəxt ailə" görüntüsü yaradırsınız. Tiktokda, instaqramda və s yerlərdə bu "xoşbəxt ailə" tabloları insanları, qadınları ümidsizliyə salır, ailələri dağıdır".
Sitat.info xəbər verir ki, bu sözləri ilahiyyatçı Samir Əzizov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, onlarla qadın qara fəhlə işləyən ərindən bu cür xanımını xoşbəxt edən "ər" olmasını istəyir: "Siz bu insanların vasitəsilə pul qazanırsınız, amma bilərəkdən, ya da bilməyərəkdən evlərə od salırsınız. Sizin özünüzün belə reklam vasitəsilə gəzdiyiniz restoranlar, fotosessiyalar o qara fəhlə kişi üçün əlçatmazdır. Bu bir boşanma səbəbidir".\
Türkan,
Sitat.info