BMT Təhlükəsizlik Şurası ABŞ-nin İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsini qəbul edib.
Mövzu ilə bağlı Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib ki, qərarın qəbul edilməsinə səbəb, dünyanın formal olaraq İsrailə qarşı müəyyən mövqe nümayiş etdirməsidir.
Onun sözlərinə görə, əslində bir çox ölkə pərdə arxasında İsrailin siyasətini müdafiə edir:
"İslam dünyasının başının Fələstin probleminə qarışması Qərbin xeyrinədir. Çünki Qərb öz inkişafını davam etdirir. İslam ölkələrinin 60 ildir başı Fələstin probleminə qarışıb. Ərəb ölkələrinə gəlincə, onlarda birlik yoxdur. Onlar siyasi cəhətdən hamısı Qərbin asılılığındadır. Kimisi Amerikanın, kimisi İngiltərənin, kimisi də Fransanın. Ona görə də Ərəb ölkələri Qərbin mövqeyindən asılı olaraq Fələstin probleminə münasibət bəsləyir"
S.Cəlaloğlu qeyd edib ki, ərəb ölkələri Qərbin asılılığından çıxsaydılar, Fələstin problemini çoxdan həll edə bilərdilər: "Xatırladaq ki, ABŞ-nin təklif etdiyi qətnamə yeddi bənddən ibarətdir. Bunlardan birincisi,odur ki, HƏMAS razılaşmanı qəbul etməli, həmçinin bütün tərəflər heç bir şərt və ya gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməlidirlər. Atəşkəs üzrə məsləhətləşmələr altı həftədən çox uzanarsa, danışıqlar davam etdiyi müddətdə atəşkəs qüvvədə qalacaq".
Türkan
Sitat.info