Bakı Metropoliteni QSC-nin sabiq rəisi Tağı Əhmədovun arxiv görüntüləri yayılıb.
Sitat.info xəbər verir ki, video sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə Əhmədovun 1988-ci ildə çəkilən "Salam, Metro" sənədli filmindəki çıxışı əks olunub.
Xatırladaq ki, T.Əhmədov 1970-ci ildən metropolitendə xidmətə başlayıb. 1970–1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi, 1998-2014-cü illərdə isə qurumun rəhbəri işləmişdir.
Bakı Metropoliteni QSC-nin sabiq rəisi Tağı Əhmədov 3 gün əvvəl əziyyət çəkdiyi xəstəlikdən vəfat edib.