Rusiyanın daha bir desant gəmisi məhv edilib - VİDEO

16:37 7 May 2022

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiyanın daha bir desant gəmisini məhv edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, "Serna" tipli gəmi İlan adası sahillərində "Bayraktar TB2" pilotsuz uçuş aparatı vasitəsilə vurulub.

Onun içərisində 45 tonluq hərbi texnika və canlı qüvvəni boşaltmaq üçün adaya yan aldığı bildirilir.

Qeyd edək ki, bu il mayın 9-da İlan adası sahillərində Rusiyanın Qara Dəniz Donanmasının ənənəvi paradının keçirilməsi planlaşdırılır.



Xəbər xətti