Buna görə 800 manat cərimə oluna bilərsiniz - VİDEO

20:56 10 May 2022

Bəzi sürücülər dayanma-durmanın qadağan edildiyi yerlərdə avtomobilin yük yerini açıq vəziyyətdə saxlayaraq park edirlər.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, belə hallarla paytaxtın müxtəlif küçə və  prospektlərində rastlaşmaq mümkündür.

Bir çox ərazilərdə yaranan tıxacların da səbəblərindən biri məhz belə hallar olur.

Bəzi sürücülər düşünürlər ki, avtomobilin nömrəsini gizlətməklə cərimələrdən yayınacaqlar. Halbuki qanunvericilikdə bu hal özü qayda pozuntusu hesab olunur.

Ancaq qaydalardan xəbərdar olan və ehtiyatı əldən verməyən sürücülər də var.

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inpektoru Araz Əsgərli deyib ki, avtomobilin dövlət qeydiyyat nişanının görüntü dairəsinin müxtəlif vasitələrlə məhdudlaşdırılmasına  görə İnzibati Xətalar Məcəlləsində 500 manatdan 800 manatadək qədər cərimə nəzərdə tutulub.

Araz Əgərli əlavə edib ki, radar qurğularından yayınma faktına görə sürücülər polis əməkdaşları tərəfindən həm yerində, həm də sonradan müəyyən edilərək cərimələnə bilərlər.

Musavat.com mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı daha ətraflı videomaterialı təqdim edir:

 



Xəbər xətti