Ukrayna özbaşına müharibədən çıxa bilməz: Savaşı ABŞ və Qərb dayandıra bilər!

17:53 18 May 2022

"Ukrayna savaşı əslində, ABŞ və Qərb ilə Rusiya arasında olan müharibədir. Düzdür, Rusiya ilə Ukrayna ordusu vuruşsa da, ABŞ və digər Qərb ölkələrinin hərbi texnikası və silah-sursatı bu savaşın əsas həlledici faktorudur. Bu baxımdan, ABŞ və Qərb açıq şəkildə olmasa da, əslində, səhnəarxasında Ukraynanın Rusiya ilə müharibəsində iştirak edir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. 

Onun sözlərinə görə, ABŞ və Qərb Rusiya ilə Ukrayna üzərindən müharibə aparır: " Müharibənin bu modeli “prixy war” adlanır.
Ona görə də, rəsmi Kiyev istəsə belə, artıq özbaşına Rusiya ilə müharibədən çıxa bilməz. Rəsmi Kiyevin indiki situasiyada ABŞ və Qərbin icazəsi olmadan Rusiya ilə danışıqlar apara, o cümlədən, Kremllə sülh sazişi imzalaya bilməz. Yəni, ABŞ və Qərb Ukraynaya Rusiya ilə sülh sazişi imzalamağa icazə verməz".

Sİyasi şərhçi vurğuladı ki, indi Ukraynanın Rusiya ilə sülh danışıqlarını dayandırması məhz ABŞ və Qərbin təlimatıyla baş verir: " ABŞ və Qərbin isə Ukrayna savaşı ilə bağlı konkret hədəfləri mövcuddur. Bu hədəflərin sırasında “Putinsiz Rusiya” və “Rusiyasız dünya” modellərinə nail oluması xüsusi yer tutur. Ona görə də, Ukrayna savaşının nə vaxt sona çatması Kremlin və ya rəsmi Kiyevin siyasi iradəsindən asılı deyil. Ukrayna savaşı ABŞ və Qərbin öz strateji hədəflərinə çatmasına qədər davam edəcək. Bu baxımdan, rəsmi Kiyevin Rusiya ilə sülh danışıqlarından imtina etməsi qətiyyən təəccüblü deyil. Çünki Ukrayna savaşı yalnız ABŞ və Qərbin diqtə etdiyi şərtlər, bu barədə verəcəyi siyasi qərar əsasında dayandırıla bilər".



Xəbər xətti