İranın Rusiyanı müdafiə etməsinin arxasında BU SƏBƏBLƏR dayanır

11:52 25 May 2022

"İran Rusiyanı əslində mövcud konyuktura görə dəstəkləyir. Çünki hər ikisi Amerika qlobal layihəsinə düşməndir. Amma hər ikisi eyni zamanda yüksələn güc olan qardaş Türkiyədən qorxurlar".

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi, Ağ Partiya başqanının müşaviri Azər Hüseynov deyib. 

 O bildirib ki, İranı anlamaq üçün onun daxili yapılanmasını anlamaq lazımdır: "İran daxili yapılanmasında ideolojioolaraq üç güc vardı.  Onun biri hazırda digər ikisi tərəfindən zərərsizləşdirilibdir. Bu ümmətçi mötədil qanaddır. İranda hazırda iki güc qalıb. Sasaniçi və radikal məzhəbçi. Bunlar ara sıra bir araya gəlir. Bəzən də bir birilə vuruşurlar".

A. Hüseynov bildirdi ki, Rusiya isə İrana Qərblə savaşacaq dərəcədə lazımdır, Qərbin diqqətini, enerjisini üzərinə çəksin: "Yəni, İran heç də Rusiya ilə savaşlarını unutmayıbdır. İran Rusiyanın nəzarət altında güclənməsinə tərəfdardır. Bir gün o gücün ona dönməsindən qorxur. İran Rusiyanı buna görə latent dəstəkləyir. Amma Sasani qanadına Qərbdən yaxşı təklif gəlsə Rusiyanı fəda edə bilər. Qərbi idarə edən qlobal maliyyə dairələri Türkiyə və Rusiyaya qarşı enerji resursları baxımından və hərbi çəkindirmə gücü kimi istifadə edə bilər".

Nigar Abuzər 

SİTAT.İNFO 



Xəbər xətti