"Bu cinayətlər hüquq- mühafizə orqanlarının korrupsiyalaşmasına gətirib çıxarır" - Əkrəm Həsənov

17:30 25 May 2022

Məlum olduğu kimi, Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilib. Belə ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə hansı hallarda cərimə, hansı hallarda azadlıqdan məhrumetmə cəzaları tətbiq olunacağı yenidən müəyyənləşir.
Lakin yeni qərar ictimaiyyət arasında birmənalı qarşılanmır. Bir çoxları bunun narkotik aludəçilərinin sayının artmasına səbəb olacağını düşünür.

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Azərbaycanda narkotik vasitələrdən istifadə edənlərin sayı çoxalıb və sərt metodlar heç bir nəticə vermir: “Burada korrupsiya halları da var. Bəzi insanlar pul qazanmaq üçün də belə yollara əl atırlar. Bu şəxslər dövlət orqanlarında, hüquq mühafizə orqanlarında işləyənlərdir. Yüngül formada qadağaların aradan qaldırılmasına mənfi münasibət göstərmirəm. Çünki, sipirtli içkilərdə var və bunların da narkotikdən çox da fərqi yoxdur. Biz də bu kimi cinayətlər hüquq- mühafizə orqanlarının korrupsiyalaşmasına gətirib çıxarır".

Ə.Həsənov vurğuladı ki, narkotikdən istifadə edənlərin sayı azalmaq yerinə sui-istifadə edənlərin sayı artır: "Məlumdur ki, bu sahədə nə qədər sərt metodlar olarsa, qiymət də çoxalır. 
Birmənalı münasibət bildirmək mümkün deyil. Ən ağır narkotik vasitələrin də leqallaşdırlımasına qarşıyam. Yüngül formada olanlara icazə verilməsi isə problem deyil”.
 
Safura Bənnayeva

SİTAT.İNFO
 



Xəbər xətti