Deputatdan ŞOK ADDIM! Qəbristanlıqda monitorinq apardı: "Ölənlərin çoxu..."

07:43 27 May 2022

Bu günlərdə pensiya yaşı ilə bağlı Milli Məclisdə müzakirələr aparıldı.

İnsanlar düşünür ki, bu məsələnin Milli Məclisə daşınması hökumətin pensiya yaşını azaltmaq iradəsindən xəbər verir. 

Bəs reallıqda belə bir müzakirə gedirmi və pensiya yaşının nə qədər azaldılması düşünülür?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən millət vəkili Razi Nurullayev bildirdi ki, pensiya yaşının azaldılması ilə bağlı məsələ hökümətin gündəmində yoxdur: "Parlamentdə çıxışımızda  pensiya yaşının azaldılmasının vacib olduğunu bildirib, hökümətin gündəminə gətirməyə çalışırıq. 2017-ci ildən başlayaraq hər il 6 ay uzadılmaqla pensiya yaşı qaldırılır. Bu proses də hələ dayandırılmayıb. Biz  bunu  belə əsaslandırdıq ki, yaşın artırılması dayandırlılmalıdır. Bunu belə izah edirlər ki, bütün dünyada, eləcə də Azərbaycanda insanların orta ömür müddəti artır. Bu da tibbi nailiyyətlərin əldə olunması, tibbi xidmətlərin əlçatanlığı ilə bağlıdır”.

Razi Nurullayevin sözlərinə görə, Azərbaycanda tibb hələ o qədər də əlçatan deyil: “ İcbari tibbi sğorta yeni tətbiq olunub, effektivliyini tam göstərə bilmir. Azərbaycan vətəndaşlarının qazancları azdır və pensiya fondunda az pul yığılır. Yəni aldıqları pensiya insanların ləyaqətli yaşamına kifayət etmir. Ona görə də, biz özümüzü bu sahədə dünya ilə müqayisə etməməliyik. Bu yarışa daxil olmağımız bütün pensiyaçılarımızın hüquqlarını pozur".

Deputat onu da vurğuladı ki, insanların əksəriyyəti pensiya yaşına çatmadan ölür: "Mən qəbristanlıqda monitorinq apardığım zaman orda insanların orta yaş həddinin 68-53 arasında olduğu gördüm. Bir çox insanın pensiya yaşına çatmadan ölməsi həqiqətən də narahatedici məqamdır”.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti